Biznes mərkəzləri və ofislərinin qorunması
Qartal Security Company
Biznes Mərkəzlərinin mühafizəsi konkret obyektin bir sıra xüsusiyyətlərini, yəni yerləşəməsi və ətraf ərazinin xüsusiyyəti, iş rejimi, ziyarətçilərin sayı kimi amilləri nəzərə alınmasına əsaslanır. Bu parametrlərdən asılı olaraq “Qartal” mühafizə şirkətinin əməkdaşları biznes mərkəzinin mühafizəsinin effektiv konsepsiyasını işləyib hazırlayırlar.
Biznes Mərkəzinin mühafizəsinin təşkilində özəl mühafizə müəssisəsinin əməkdaşları aşağıdakı problemləri həll edirlər:
- biznes mərkəzinin ərazisinə icazəsi olmayan şəxslərin daxil olmalarının qarşısını almaq;
- biznes mərkəzinin ərazisindən maddi aktivlərin oğurlanmasının qarşısının alınması;
- biznes mərkəzinin binası və ona bitişik ərazidə ictimai asayişin qorunub saxlanması;
- fövqəladə vəziyyətlərə çevik cavab verilməsi.
Yuxarıda qeyd olunan məsələlər aşağıda sadalanan əsas metodlarla həll edilir:
- xüsusi nəzarət-buraxılış rejiminin qurulması və nəzarət-buraxılış məntəqələrinin təşkil olunması;
- maddi dəyərlər və sənədlərin nəzarət-buraxılış məntəqələr vasitəsilə ötürülməsini tənzimləyən xüsusi rejimin yaradılması;
- video monitorinq xidmətlərinin təşkili;
- biznes mərkəzinin binası və ətraf ərazisində daimi patrul xidmətinin təşkili.
Xüsusi texniki vasitələrdən müntəzəm istifadə etmədən biznes mərkəzinin mühafizəsi mümkün deyil. Texniki vasitələrə aşağıdakılar aiddir:
- video monitorinq sistemləri,
- girişdə təhlükəsizlik darvazaları,
- həyəcan siqnalizasiya sistemləri, və s.