“Qartal” MMC haqqında ümumi məlumat

“Qartal” Məhdud Məsuliyyətli Cəmiyyəti öz fəaliyyətinə 30 may 1997-ci il tarixindən başlamışdır və Azərbaycan Respublikasının “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” Qanununa uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 21 oktyabr 2016-cı il tarixli № 084995 saylı xüsusi lisenziya əsasında fəaliyyət göstərir.

“Qartal” MMC artıq 29 ildən çoxdur ki, Bakı şəhərində və Azərbaycan Respublikasının müxtəlif regionlarında yüksək keyfiyyətli mühafizə xidmətləri göstərir. Müəssisə ildən-ilə fəaliyyət dairəsini genişləndirir, xidmət həcmini artırır və mühafizə fəaliyyəti sahəsində peşəkarlıq səviyyəsini davamlı olaraq yüksəldir.

Şirkət uzunmüddətli və səmərəli fəaliyyəti, əldə etdiyi nailiyyətlərə görə Azərbaycan İşəgötürənlər Konfederasiyasının fəxri diplomları, habelə Sahibkarlığın İnkişafına Yardım üzrə beynəlxalq təşkilatların mükafat və diplomları ilə təltif edilmişdir.

Müəssisədə fəaliyyət göstərən mühafizəçilərin əksəriyyəti hərbi xidmət keçmiş, 20–40 yaş aralığında olan, mühafizə fəaliyyəti üzrə xüsusi hazırlıq kurslarını müvəffəqiyyətlə bitirmiş və müvafiq sertifikatlara malik şəxslərdən ibarətdir.

“Qartal” MMC müəssisə və təşkilatlarla müqavilələr bağlayarkən qüvvədə olan qanunvericiliyin tələblərinə ciddi əməl etməklə, göstərilən mühafizə xidmətlərinin yüksək keyfiyyətini və etibarlılığını təmin edir.