Qartal Security Service qiymətli, kommersiya və xüsusi təyinatlı yüklərin mühafizəsi və təhlükəsiz müşayiəti üzrə peşəkar xidmətlər təqdim edir. Mühafizə prosesi marşrutun xüsusiyyətləri, yükün növü və potensial risklər nəzərə alınmaqla əvvəlcədən planlaşdırılır.
Xidmət çərçivəsində yüklərin daşınma zamanı daimi nəzarəti, müşayiət, mümkün təhlükələrin qarşısının alınması və fövqəladə hallara operativ reaksiya təmin olunur. Təcrübəli mühafizə heyətimiz daşınma prosesinin təhlükəsiz və nəzarət altında həyata keçirilməsini təmin edir.