Mühafizəçinin tədris kurslarından keçməsi

Azərbaycan Respublikasının “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” Qanununun tələblərinə əsasən, mühafizəçi vəzifəsində çalışmaq istəyən şəxslər xüsusi tədris və hazırlıq kurslarından keçməlidirlər.

Mühafizəçilərin hazırlığı müəyyən edilmiş qaydalara uyğun olaraq” Qartal SS” tədris mərkəzində həyata keçirilir. Tədris kursunun əsas məqsədi mühafizəçilərin peşəkar bilik və bacarıqlarının artırılması, qanunvericiliyin tələblərinin öyrədilməsi, habelə xidməti vəzifələrin icrası zamanı təhlükəsizlik və məsuliyyət prinsiplərinə riayət olunmasının təmin edilməsidir.

Tədris kursu aşağıdakı istiqamətləri əhatə edir:
- mühafizə fəaliyyəti ilə bağlı qanunvericilik və normativ hüquqi aktlar;
- mühafizəçinin hüquq və vəzifələri;
- obyektlərin, şəxslərin və əmlakın mühafizəsinin təşkili;
- buraxılış və nəzarət rejimi;
- fövqəladə hallarda davranış qaydaları;
- fiziki və psixoloji hazırlıq;
- xüsusi vasitələrdən və rabitə vasitələrindən istifadə qaydaları.

Tədris kurslarını və imtahanları müvəffəqiyyətlə başa vuran şəxslərə müəyyən olunmuş qaydada sertifikat verilir və onlar mühafizəçi kimi fəaliyyət göstərmək hüququ qazanırlar.

Sertifikat almış mühafizəçilər əmək müqaviləsi (kontraktı) əsasında özəl mühafizə müəssisəsində və ya hüquqi şəxsin mühafizə bölməsində işə qəbul edilə bilərlər. Qanunvericiliyə uyğun olaraq, mühafizəçilər fəaliyyət müddətində vaxtaşırı ixtisasartırma və təkrar təlimlərdən keçməlidirlər.

Shopping Basket